Müəssisələr ünçün lizinq növləri

Biz  başa  düşürük  ki,  müştərilərimizin   biznesi  günbəgün  inkişaf  etməkdədir  və  bu  inkişaf  da  yeni  maliyyə  həllərini  tələb  edir. Bu  bölmədə  biz  sahibkarların  müxtəlif  təlabatlarını  və  maliyyə  imkanlarını  nəzərə  alan    lizinq  proqramlarını   təklif   edirik.  Burada  təklif   edilən  proqramların  siyahısı   hər  zaman   dəyişdiriləcək  və   genişləndiriləcəkdir.   Biz  maliyyələşdirmənin  daha  sərfəli  şərtlərini  təklif  etməyə  çalışacağıq  və  lizinqin  istiqamətlərini   genişləndirməyə   səy  göstərəcəyik.

Və   ən əsası da,  unutmayın  ki, bizim  tərəfimizdən təklif  edilən  şərtlər  daimi (dəyişilməz) deyildir.  Bizimlə  əlaqə  saxlayın və   biz   məhz  sizin  şirkətinizə   uyğun  olan   maliyyələşdirmə   variantını   mütləq  taparıq.