Şirkət

Pareks  Lizing  and Faktorinq  şirkəti  2005-ci ildən  fəaliyyət  göstərir  və dinamik  şəkildə  inkişaf  edərək, qısa  müddət  ərzində   əhəmiyyətli  lizinq  portfeli  yarada bilmişdir. Hal-hazırda  biz  minik  və  yük  avtomobillərinin, avtobusların, xüsusi  texnikanın  və  avadanlığın   sərfəli  şərtlərlə  və  minimum  sənədləşmə  ilə  lizinq  vasitəsilə  əldə   edilməsi  ilə  bağlı  xidmətlərin   geniş   spektrini  təqdim  edirik. 

Bizimlə birgə əməkdaşlıq etmək.

Siz,  xidmətlərimizdən  istifadə  edərək, ilkin  olaraq  lizinq  predmetinin  dəyərinin   yalnız   20-30%-ni   ödəmək şərti  ilə  onun   sahibi  olursunuz. Bundan  başqa, Siz   qanunla  nəzərdə  tutulan   əlavə   üstünlüklərdən    istifadə  edirsiniz:

  • Sizdə  əmlakdan  istifadə  etmək  üçün   onu  mülkiyyətinizə  almaq  zərurəti yaranmır.
  • Siz  dövriyyədən xeyli  miqdarda   vəsait  çıxarmalı  olmursunuz, xərcləriniz    yalnız   cüzi   miqdarda  ilkin ödənişin  həyata  keçirilməsi ilə məhdudlaşır.
  • Təsərrüfat  fəaliyyətinizin xüsusiyyətlərindən və gözlənilən  gəlirlərdən  asılı  olaraq,   Sizin  üçün   çevik  ödəniş   qrafiki  (əsas  və  xətti  annuitet) işlənib  hazırlana  bilər.
  • Sizdən   istənilən  kreditləşmə  zamanı  məcburi  olan   əlavə   girov  tələb olunmur.
  • Sizin  maliyyə  göstəriciləriniz mənfi istiqamətə doğru dəyişməyəcək,   çünki   alınmış  lizinqlə  bağlı  uzunmüddətli   öhdəlikləriniz   balansda   əks   olunmayacaqdır.
  • Siz   lizinqə  əmlak  götürmək üçün  əldə  edilən   əmlakın  dəyərinə   bərabər    böyük  miqdarda   təmiz  gəlirə  malik  olmalı   deyilsiniz.
  • Siz  bütün  lizinq  ödənişlərini   xərclərə  aid  edərək,  bununla  da  vergi bazasını  minimallaşdıra  bilərsiniz.
  • Bütün  lizinq  müddəti  boyunca   əmlak   Sizin  balansınızda   olur, lizinq  müddəti   bitdikdən  sonra    mülkiyyət   hüququ  sizin  adınıza  keçir.

Şirkətin üstünlükləri

  • Bakıda  avtosalonlar  və  dilerlərlə  tərəfdaşlıq  proqramlarının yaradılması;
  • Pareks  Lizing  and  Faktorinq-ə  müraciət   edən  şirkətin  maliyyə  vəziyyətinin  pulsuz  təhlili;
  • Məxfiliyə  zəmanət  vermək;
  • Fərdi  idarəetmə  sistemi;
  • Bizim  mütəxəssislərimiz   müştərilərimizin  tələblərinə    məsuliyyətlə  və  həssaslıqla  yanaşırlar  və  meydana  gələn  məsələlərin həllində  hər  zaman   yardım  etməyə  hazırdırlar;
  • Sənədlərin  tərtib  edilməsinin   sadələşdirilmiş  və  aydın  qaydası;
  • Qeyri –standart  vəziyyətlərdə  Müştərilərin  hər  zaman  dəstəklənməsi;
  • Xüsusilə  sərfəli  kredit  şərtləri;
  • Müştərilərimizin  hər  birinin  təlabatlarına   xüsusi  yanaşma.

Bizim tərəfdaşlar