Xəbərlər

15 iyul 2013 il

Parex Leasing&Factoring sərfəli lizinq şərtlərilə tibbi avadanlıq təklif edir

AzEstetik şirkəti ilə bu yaxınlarda imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən, Parex Leasing&Factoring şirkəti müştəriləri tibbi avadanlığı lizinqlə almaq imkanı əldə ediblər. Müqavilə şərtlərinə uyğun olaraq, Parex Leasing&Factoring alıcılara sərfəli şərtlər və minimum sənədlər paketi əsasında tibbi avadanlığı lizinqlə verir. Belə ki, lizinq üzrə faiz dərəcəsi illik 21%-dən başlanır. Lizinq ödənişlərinin müddəti isə 3 ilə qədər ola bilər. Müqavilə imzalanarkən avansın minimum məbləği avadanlığın qiymətinin 30%-dən az olmamalıdır.

Parex Leasing& Factoring 2005-ci ildən fəaliyyət göstərir və dinamik inkişaf edən, öz sahəsində lider mövqeyə malik şirkətdir. Qısa fəaliyyət dövrü ərzində şirkət kifayət qədər böyük lizinq portfeli yaratmağa nail olub. Hazırda şirkət müştərilərə lizinq şərtləri ilə minik və yük avtomobilləri, xüsusi texnika, daşınmaz əmlak, sənaye təyinatlı və tibbi avadanlıq təklif edir.

AzEstetik şirkəti stomatologiya və kosmetologiya sahələrində ixtisaslaşmış kadrların hazırlanmasında 10 illik təcrübəyə malikdir. Şirkət məşhur xarici üştərilərlə əməkdaşlıq edir, mütəmadi olaraq həkim və kosmetoloqları texnoloji yeniliklər barədə məlumatlandırır. Şirkət həmçinin müştərilərini vaxtı-vaxtında ən keyfiyyətli məhsullarla təmin edir.

Xəbərlərə qeri qayıtmaq

Tarix