Xəbərlər

31 mart 2013 il

Parex Leasing&Factoring və RDS (Technical) arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Parex Leasing&Factoring şirkəti ilə RDS (Technical) şirkəti arasında əməkdaşlıq
barədə müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən, Parex
Leasing&Factoring RDS (Technical) şirkətinə lizinq yolu ilə generatorlar verir. Lizinq 3 il
müddətinə illik 22%-lə verilir. Avans məbləği 25% təşkil edir.

«Parex Leasing& Factoring» 2005-ci ildən öz sahəsində fəaliyyət
göstərən, dinamik inkişaf edən şirkətdir. Qısa müddət ərzində şirkət
böyük ölçüdə lizinq portfeli yaratmağa nail olub.

RDS (Technical) şirkəti isə 1995-ci ildən neft, qaz və tikinti sahəsində çalışır.
Şirkət dizel generatorlarının, qaynaq aparatları, transformatorlar, işıqlandırma
cihazları, kompressorlar, su nasosları, yanacaq çənləri, yükləmə
qurğularının satışı, icarəsi və servis xidməti ilə məşğul olur. RDS (Technical)
istehlakçılara zəmanətlə yüksək keyfiyyətli məhsullar təqdim edir.
Şirkətin Azərbaycanda və Gürcüstanda filialları fəaliyyət göstərir.

Xəbərlərə qeri qayıtmaq

Tarix