Xəbərlər

19 oktyabr 2011 il

Azərbaycan Parex Leasing & Factoring lizinq şirkətinin sahibi dəyişdi

Latviya  Parex banka mart 2005-ci il tarixdən faəliyyət göstərən Azərbaycan Parex Leasing & Factoring  lizinq şirkətindəki  yüz faiz payını Hollandiyanın SWITLAR Investments şirkətinə satmışdır. Sövdələşmə cümə axşamı baş tutmuşdur.

"Bu danışıqların son fazası idi. Bu gün mülkiyyət hüquqları və digər hüquqi sənədlərin lizinq şirkətinin yeni  sahibina tam ötürülməsi tam rəsmiləşdirilmişdir", - sövdələşmənin rəsmiləşdirilməsi mərasimindən sonra cümə axşamı  lizinq şirkətinin Baş Direktoru İqor Osipenko Trend-ə bildirmişdir.

Onun sözlərinə görə müqavilənin dəyəri  3,4 milyon dollar təşkil etmişdir.

"Yaxın gələcəkdə şirkətin rebrendinqi etməyə ehtiyac yoxdur. Biz bizim keçmiş mülkiyyıtçilərimiz ilə bu barədə razılığa gəlmişdik. Şirkətin rəhbərliyi hələki dəyişməyəcəkdir ", - Osipenko bildirmişdir.

Onun sözlərinə görə şirkət 2008-ci il tarixdən etiabrən aktiv fəaliyyət göstərməmişdir.

"Şirkətin əsas iş  istiqaməti ilə əlaqədar fəal fəaliyyəti olmamış, yeni lizinq müqavilələr bağlanmamış, yalnız şirkətdə olan portfel işləyirdi", - Osipenko bildirmişdir.

Onun sözlərinə görə, şirkətin yeni mülkiyyətçilərinin istəyi ilə şirkət, yaxın gələcəkdə aktiv fəaliyyətini  bərpa edəəcəkdir.

"Biz yaxın gələcəkdə yeni mülkiyyətçi ilə mövcud vəziyyətin təhlilini həyata keçirəcəyik, şirkətin maliyyə imkanlarını nəzərədən keçirəcəyik, gələcək hərəkətlərimizin xarakterini müəyyən edəcəyik ", - Osipenko bildirmişdir.

Lizinq şirkətinin satışı latviya bankının aktivlərinin bölüşdürülməsi ilə əlaqədardır, nəticədə iki bank meydana gəlmişdir - Parex banka və yeni Citadele banka. "Citadele banka" SC – bu, "Parex banka” SC-nin restrukturizasiyası planı çərçivəsində yaradılmış kredit müəssisəsidir və onun təsisçisi, Parex banka-n bütün yaxşı səhm və müşətrilərinin keçirildiyi Privatizācijas aģentūra Dövlət Səhmdar Cəmiyyəıtidir.

Parex banka-n restrukturizasiyası  prosesində yaranmış  Citadele bankan səhmlərinin 25% Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) məxsusudur. Dövlət tərəfindən banka yatırılan vəsaitlərin bir hissəsi, məhz  692 milyon lat  Parex bankа-n hesabında qalmış, 230 milyon lat isə yeni bankın hesabına keçmişdir.

Azərbyacanın Parex Leasing & Factoring şirkətinin nizamnamə kapitalı 50 min dollar məbləğində ödənilmişdir.

Xəbərlərə qeri qayıtmaq

Tarix